Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək Baş nazir Tereza Mey seçkilərin iyunun 8-də keçiriləcəyini elan edib
Digər ölkələr
18 Aprel , 2017 14:16
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, seçkilər bu il iyunun 8-də keçiriləcək.

T.Mey İcmalar Palatasını buraxmaq və seçkilər keçirmək niyyətini nazirlərlə görüşdən sonra verdiyi təcili bəyanatda açıqlayıb.

Böyük Britaniyanın baş naziri növbədənkənar seçkilərin ölkənin Avropa İttifaqından çıxması üzrə danışıqlara başlandığı dövrdə sabitliyə meyillənməklə izah edib.

Qeyd edək ki, daha əvvəl T.Mey 2020-ci ilə qədər növbədənkənar seçkilərin keçirilmə ehtimalını istisna edib.

Son xəbərlər

Orphus sistemi