Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb - VİDEO

Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb - VİDEO Bakı. 13 dekabr. REPORT.AZ/ Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı (Brexit) etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.
Digər ölkələr
13 Dekabr , 2018 03:47
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb - VİDEO

Bakı. 13 dekabr. REPORT.AZ/ Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ("Brexit") etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, çərşənbə günü keçirilən gizli səsvermə zamanı mühafizəkar deputatların böyük əksəriyyəti Meyi dəstəkləyib.

Onların 200 nəfəri hazırkı baş nazirin lehinə, 117-si isə əleyhinə səs verib.

Bundan əvvəl Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi