Tereza Mey "Brexit" üzrə daha bir səsvermə keçirilməsini planlaşdırır

Tereza Mey "Brexit" üzrə daha bir səsvermə keçirilməsini planlaşdırır Böyük Britaniyanın Baş naziri Tereza Mey Brexit üzrə dördüncü səsvermə keçirmək niyyətindədir.
Digər ölkələr
30 Mart , 2019 17:22
Tereza Mey Brexit üzrə daha bir səsvermə keçirilməsini planlaşdırır

Böyük Britaniyanın Baş naziri Tereza Mey "Brexit" üzrə dördüncü səsvermə keçirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.

Səsvermənin gələn həftə keçiriləcəyi gözlənilir.

Məqalədə bildirilir ki, İcmalar Palatasının deputatları Avropa İttifaqından çıxış üzrə razılaşmanı yenidən rədd edərlərsə, T.Mey "dalana dirənmiş" vəziyyətdən çıxış yolu tapmağa yardım edəcək növbədənkənar ümumi parlament seçkilərinin keçirilməsini təşkil edə bilər.

Qeyd edək ki, daha əvvəl T.Mey "Brexit" üzrə sazişin təsdiqlənməsindən sonra istefa verməyə hazır olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi