Tereza Mey: "Brexit" nəticəsində Şotlandiya, Uels və Şimali İrlandiya hökuməti əlavə səlahiyyət əldə edəcək"

Tereza Mey: "Brexit" nəticəsində Şotlandiya, Uels və Şimali İrlandiya hökuməti əlavə səlahiyyət əldə edəcək" "Böyük Britaniyanın Aİ-dən çıxması prosesinin başlaması geriyə dönüşü olmayan tarixi andır"
Digər ölkələr
29 Mart , 2017 17:13
Tereza Mey: Brexit nəticəsində Şotlandiya, Uels və Şimali İrlandiya hökuməti əlavə səlahiyyət əldə edəcək

Bakı. 29 mart. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması prosesinin başlaması geriyə dönüşü olmayan tarixi andır".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsinə uyğun olaraq, Aİ-nin rəsmi bildiriş almasından sonra parlamentdəki çıxışı zamanı deyib.

T.Mey indi Böyük Britaniyanın öz qərarlarını və qanunlarını qəbul edəcəyini söyləyib.

O, eyni zamanda "Brexit" nəticəsində Şotlandiya, Uels və Şimali İrlandiya hökumətinin əlavə səlahiyyətlər əldə edəcəyini, Aİ ilə danışıqlarda onların da fikirlərinin nəzərə alınacağını vurğulayıb.

Britaniyalı baş nazir Birləşmiş Krallığın Aİ-dən çıxdıqdan sonra da NATO-nun kollektiv müdafiə və təhlükəsizlik öhdəliklərinə sadiq qalacağını deyib.

T.Mey Aİ-dən çıxdıqdan sonra ölkəsinin üzləşə biləcəyi bütün riskləri və çətinlikləri anladığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi