Tereza Mey "Brexit"lə bağlı təcili iclas keçirib

Tereza Mey "Brexit"lə bağlı təcili iclas keçirib Böyük Britaniyanın baş naziri Tereza Mey Bakinhemşir qraflığındakı şəhərkənarı Çekers iqamətgahında Brexitə həsr olunmuş təcili iclas keçirib.
Digər ölkələr
24 Mart , 2019 23:40
Tereza Mey Brexitlə bağlı təcili iclas keçirib

Böyük Britaniyanın baş naziri Tereza Mey Bakinhemşir qraflığındakı şəhərkənarı Çekers iqamətgahında "Brexit"ə həsr olunmuş təcili iclas keçirib.

“Report” xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Britaniya mətbuatının yazdığına görə, iclas iştirakçıları arasında Mey aparatının rəhbəri Devid Lidinqton, "Brexit" üzrə nazir Stiven Barkli və ətraf mühit naziri Maykl Qouv, həmçinin Mühafizəkarlar Partiyasının bir neçə üzvü olub.

Ötən gün Londonda "Brexit"ə qarşı bir milyon nəfərin iştirakı ilə yürüş keçirilib.

Son xəbərlər

Orphus sistemi