Tereza Mey Böyük Britaniyanın ədliyyə nazirini istefaya göndərib

Tereza Mey Böyük Britaniyanın ədliyyə nazirini istefaya göndərib Baş nazir vəzifəsinin icrasına başladıqdan sonra Tereza Mey yeni kabinetin bir neçə əsas nazirini müəyyənləşdirib
Digər ölkələr
14 İyul , 2016 15:53
Tereza Mey Böyük Britaniyanın ədliyyə nazirini istefaya göndərib

Bakı. 14 iyul. REPORT.AZ/ Böyük Britaniyanın ədliyyə naziri Maykl Qouv yeni baş nazir Tereza Meyin formalaşdırdığı yeni Nazirlər Kabinetdə öz postunda qala bilməyəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, M.Qouva yeni hökumətdə ümumiyyətlə, heç bir vəzifə təklif olunmayıb.

Qeyd edək ki, M.Qouv Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ideyasını və baş nazir vəzifəsi uğrunda yarışda favorit hesab edilən Londonun sabiq meri Boris Consonun namizədliyini fəal şəkildə dəstəkləyirdi.

İyulun 13-də isə baş nazir vəzifəsinin icrasına başladıqdan dərhal sonra Tereza Mey Boris Consonu xarici işlər naziri təyin edib və yeni kabinetin bir neçə əsas nazirini müəyyənləşdirib.

Bu baxımdan Filip Hemmond maliyyə naziri, Ember Radd daxili işlər naziri, Liam Foks beynəlxalq ticarət məsələləri üzrə nazir, Devid Devis isə Böyük Britaniyanın Aİ-dən çıxmaq məsələsi üzrə naziri təyin olunub. Bundan əlavə, Maykl Fellon müdafiə naziri postunda saxlanılıb.

Tereza Meyin yeni təyinatları yaxın gələcəkdə açıqlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi