Yuxarı
    Bağlamaq

    Tereza Mey: "Böyük Britaniya parlamenti "Brexit" üzrə yekun razılaşmanı səsverməyə çıxaracaq"

    Böyük Britaniya xalqı Avropa dəyərlərinə qarşı yox, Avropa İttifaqından çıxmağa səs verib

    Bakı. 17 yanvar. REPORT.AZ/ "Böyük Britaniya xalqı Avropa dəyərlərinə qarşı yox, Avropa İttifaqından (Aİ) çıxmağa səs verib".

    "Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Aİ-dən çıxmağa hazırlığı ilə bağlı danışarkən bildirib.

    O, çıxışında Böyük Britaniyanın ölkə üçün ədalətli anlaşma əldə etməyə çalışacağını deyib. Xanım baş nazir Britaniyanın Aİ-də yarım və ya assosiativ üzvlük əldə etməyəcəyini də sözlərinə əlavə edib: "Avropanın qalan hissəsi ilə münasibətdə sadiq ticarət tərəfdaşı kimi qalmaq istəyirik. Siz həmişə ölkəmizdə arzulanan qonaq olacaqsınız. Biz Aİ-ni tərk edirik, Avropanı yox. Odur ki, tərəfdaşlıqda daha səmərəli variant axtarırıq".

    Böyük Britaniyanın Aİ-dən çıxması üzrə qarşıdakı danışıqlar prosesi haqqında danışan T.Mey ölkənin 4 aspektə əsaslanacağını vurğulayıb. O, bu baxımdan danışıqların aydın və açıq olmasını, güclü, təcrid olunmamış Britaniyanın yaradılmasını, indi ölkədə yaşayanları narahat etmədən Böyük Britaniyada miqrasiya nəzarətinin gücləndirilməsini və s. qeyd edib.

    Sonda T.Mey Böyük Britaniya parlamentinin "Brexit" üzrə yekun razılaşmanı səsverməyə çıxaracağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi