Tereza Mey: "Aİ vətəndaşlarının Böyük Britaniyaya sərbəst giriş hüququ "Brexit"dən sonra da qüvvədə qala bilər"

Tereza Mey: "Aİ vətəndaşlarının Böyük Britaniyaya sərbəst giriş hüququ "Brexit"dən sonra da qüvvədə qala bilər" "Brexit"də ən mühüm şey öz sərhədlərinə və immiqrasiyaya nəzarət etmək imkanının olmasıdır"
Digər ölkələr
5 Aprel , 2017 10:41
Tereza Mey: Aİ vətəndaşlarının Böyük Britaniyaya sərbəst giriş hüququ Brexitdən sonra da qüvvədə qala bilər

Bakı. 5 aprel. REPORT.AZ/ "Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarının Böyük Britaniya sərbəst giriş hüququ "Brexit"dən sonra da qüvvədə qala bilər".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey İordaniya və Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, prosesin tətbiqinin ilkin mərhələsi çıxış ilə bağlı razılaşma əldə olunan kimi başlayacaq, sadəcə, biznes və hökumətin yeni qaydalara alışması üçün müəyyən vaxt lazım gələcək.

Bununla yanaşı, o, qeyd edib ki, "Brexit"də ən mühüm şeyin öz sərhədlərinə və immiqrasiyaya nəzarət etmək imkanının olmasıdır. "Avropa İttifaqından çıxdıqdan sonra məhz bunu edəcəyik", - baş nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi