Putin və Merkel Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

Putin və Merkel Suriyada yaranmış vəziyyəti müzakirə ediblər Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə Almaniya Federativ Respublikasının kansleri Angela Merkel arasında telefon danışığı olub.
Digər ölkələr
612
10 Yanvar , 2019 02:26
Putin və Merkel Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə Almaniya Federativ Respublikasının kansleri Angela Merkel arasında telefon danışığı olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

Bildirilir ki, tərəflər danışıqlar zamanı Suriyadakı vəziyyəti,o cümlədən 2018-ci ilin oktyabrında İstanbulda Rusiya, AFR, Türkiyə və Fransanın iştirakı ilə dördtərəfli sammitdə Konstitusiya Komitəsinin yaradılması barədə əldə olunan razılaşmanı müzakirə ediblər.

Qeyd edək ki, dekabrın 29-da da Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Telefon söhbəti zamanı tərəflər Suriyadakı vəziyyəti, ABŞ-ın öz qoşunlarını oradan çıxarmaq planını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi