Tennessidə orta məktəbdə silahlı insident olub, ölənlər var

Tennessidə orta məktəbdə silahlı insident olub, ölənlər var ABŞ-nin Tennessi ştatının Antiox şəhərinin orta məktəbində baş vermiş silahlı insident nəticəsində azı üç nəfər ölüb.
Digər ölkələr
23 Yanvar , 2025 03:15
Tennessidə orta məktəbdə silahlı insident olub, ölənlər var

ABŞ-nin Tennessi ştatının Antiox şəhərinin orta məktəbində baş vermiş silahlı insident nəticəsində azı üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Neşvill Polis Departamenti (MNPD) məlumat yayıb.

Məlumata görə, olay orta məktəbin bufetində baş verib.

Qeyd olunub ki, məktəbin iki şagirdi üçüncü şəxs tərəfindən güllələnib, daha sonra atəş açan şəxs özünü güllələyib. Şübhəlinin motivləri barədə məlumat verilmir.

Hadisə yerində təcili yardım xidmətinin əməkdaşları işləyir, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi