"Telegraph" Skripalın zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adını açıqlayıb

"Telegraph" Skripalın zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adını açıqlayıb Bakı. 9 oktyabr. REPORT.AZ/ Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberidə zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adı Aleksandr Yevgenyeviç Mişkindir.
Digər ölkələr
9 oktyabr 2018 01:42
Telegraph Skripalın zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adını açıqlayıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberidə zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adı Aleksandr Yevgenyeviç Mişkindir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti yazıb.

Qəzet iddia edir ki, Rusiya hərbi kəşfiyyatının 39 yaşlı əməkdaşı Aleksandr Petrov adı altında gizlədilir.

Öz növbəsində Britaniyanın "Bellingcat" təşəbbüs qrupu Mişkini Baş Kəşfiyyat İdarəsində (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi nəzərdə tutulur – red.) xidmət edən "təlim keçmiş hərbi həkim" hesab edir.

Son xəbərlər

Orphus sistemi