Bakı. 9 iyun. REPORT.AZ/ İsrailin paytaxtı Tel-Əvivin mərkəzində naməlum şəxslər yoldan keçənlərə atəş açıb.
"Report" "Haaretz"ə istinadən xəbər verir ki, terror aktı nəticəsində 4 nəfər ölüb, ən azı 4 nəfər yaralanıb.
İnsident "Sarona" ərzaq bazarı ərazisində baş verib.
Polis hücum edənlərdən ikisini yaxalayıb, onlardan biri yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.