Yuxarı

​Tel-Əvivdə iğtişaşlar zamanı 23 polis əməkdaşı xəsarət alıb

Nümayişçilər polis maşın və motosikletlərinə ziyan vurublar

Bakı. 4 may. REPORT.AZ/ Ötən gün Tel-Əvivin mərkəzində Efiopiyadan olan mühacirlərin keçirdiyi etiraz aksiyasında yerli asayiş keşikçiləri ilə baş verən toqquşmalar zamanı 20-dən artıq polis əməkdaşı yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfeld məlumat verib.

"İshak Rabin meydanında keçirilən nümayişdə qanun keşikçilərinin daşa basılması nəticəsində 23 polis xəsarət alıb. Hazırda polis vəziyyətə nəzarət edir", - deyə o bildirib.

Nümayişçilər bir neçə polis maşını və motosikletinə ziyan vurublar.

İsrail televiziyasının məlumatına görə, polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq edib. Həmçinin bir neçə nümayişçi xəsarət alıb, onlardan ən azı iki nəfəri saxlanılıb.

Nümayişçilər İsrailin Müdafiə Ordusunda əslən efiopiyalı hərbçiyə qarşı törədilən polis zorakılığına etiraz əlaməti olaraq küçələrə çıxıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi