Təl-Əviv Qəzzada gərginlik fonunda şəhərdəki bütün bomba sığınacaqlarını açıb

Təl-Əviv Qəzzada gərginlik fonunda şəhərdəki bütün bomba sığınacaqlarını açıb Təl-Əvivin yerli orqanları Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda şəhərdə bütün ictimai bomba sığınacaqlarının açıldığını elan edib.
Digər ölkələr
6 Avqust , 2022 03:50
Təl-Əviv Qəzzada gərginlik fonunda şəhərdəki bütün bomba sığınacaqlarını açıb

Təl-Əvivin yerli orqanları Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda şəhərdə bütün ictimai bomba sığınacaqlarının açıldığını elan edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şəhər rəhbərliyi həmçinin sakinləri bütün təcili məsələlərlə bağlı “qaynar” xəttə müraciət etməyə çağırıb.

Bundan əvvəl Fələstinin "İslami Cihad" radikal qruplaşması fəallarının Qəzza zolağından İsrailə doğru 40-a yaxın raket atdığı, onlardan 30-unun vurulduğu bildirilin. Məlumata görə, hava hücumundan müdafiə siqnalları İsrailin mərkəzi hissəsindəki Rişon-le-Sion, Bat-Yam, Holon və Yavne şəhərləri, eləcə də cənubdakı Aşkelon və Aşdod şəhərlərində işləyib.

Daha əvvəl isə Qəzza zolağından İsrailə raketlərin atıldığı, onların “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilib. Qeyd olunur ki, ölkənin cənubunda bir neçə şəhərdə hava xəbərdarlığı elan edilib.

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağında “İslami Cihad” radikal qruplaşmasının silah sexlərinə, silah anbarlarına və atəş mövqelərinə zərbələr endirməklə cavab verib.

Son xəbərlər

Orphus sistemi