Tehranda terror aktları həyata keçirən silahlı qruplaşmanın rəhbəri məhv edilib

Tehranda terror aktları həyata keçirən silahlı qruplaşmanın rəhbəri məhv edilib İranın Daxili İşlər Nazirliyi terrorçulardan birinin zərərsizləşdirildiyini təsdiqləyib
Digər ölkələr
11 İyun , 2017 03:08
Tehranda terror aktları həyata keçirən silahlı qruplaşmanın rəhbəri məhv edilib
Foto: "AP"

Bakı. 11 iyun. REPORT.AZ/ İran kəşfiyyatı bir neçə gün əvvəl paytaxt Tehranda terror aktları təşkil etmiş silahlı qrupun rəhbərinin ölkənin təhlükəsizlik qüvvələri tərəfindən məhv edildiyini xəbər verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edək ki, qadın paltarı geymiş 4 nəfərdən ibarət qrupun üzvləri çərşənbə günü səhər İran parlamentinin binasına atəş açıb. Onlardan biri sonradan özünü partladıb.

İranın Daxili İşlər Nazirliyi terrorçulardan birinin zərərsizləşdirildiyini təsdiqləyib. Bununla yanaşı, ayətullah Xomeyninin məqbərəsinə də hücum edilib. Hücumçulardan biri məqbərədə partlayış törədib.

Güc strukturları mavzoleyin yanında iki nəfəri həbs edib. Terror aktları nəticəsində 17 nəfər həlak olub, 43 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi