Tehran: Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair razılaşmanı pozmaq istəyir

Tehran: Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair razılaşmanı pozmaq istəyir İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif "New York Times" qəzetinə məktub yazıb
Digər ölkələr
11 Yanvar , 2016 07:16
Tehran: Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair razılaşmanı pozmaq istəyir

Bakı. 11 yanvar. REPORT.AZ/ "Səudiyyə Ərəbistanı İranın nüvə proqramına dair əldə olunmuş razılaşmanı pozmağa çalışır. Bu məqsədlə Ər-Riad regionda gərginliyi artırır". "Report"un məlumatına görə, bu fikirlər İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin "New York Times" qəzetinə yazdığı məktubda yer alıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu gün regionda normallaşma prosesinə mane olan əsas amildir.

"İranın nüvə proqramı dünya ictimaiyyəti tərəfindən təhlükə mənbəyi olaraq qəbul edilməsə, hər kəs Səudiyyə Ərəbistanının ekstremizmə dəstək verdiyini açıq şəkildə görəcək. Bu səbəbdən də Ər-Riad regionda qarşıdurma yaradaraq Qərbə təzyiq göstərmək istəyir", - deyə Məhəmməd Cavad Zərif vurğulayıb.

İran diplomatiyasının rəhbəri qeyd edib ki, Yəməndə müharibəni alovlandıran, ekstremist qruplaşmalara dəstək verən və İrana qarşı təxribat törədən ölkə Səudiyyə Ərəbistanıdır.

Son xəbərlər

Orphus sistemi