"Report" BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 50 nəfərin itkin düşdüyü bildirilir.
Faciə baş verən ərazidə yüzlərlə xilasedici çalışır.
Bazar ertəsi yeni sürüşmə risklərini artıran yağışın yağması nəticəsində axtarış-xilasetmə işləri dayandırılıb. Prosesin çərşənbə axşamı bərpa olunacağı gözlənilir.
Yerli hökumət sağ qalanların tapılma ehtimalını aşağı qiymətləndirir.