Tayvanın rəhbəri seçkilərdə məğlubiyyətdən sonra hakim partiyanın lideri vəzifəsindən istefa verib

Tayvanın rəhbəri seçkilərdə məğlubiyyətdən sonra hakim partiyanın lideri vəzifəsindən istefa verib Tayvan administrasiyasının rəhbəri Say İnqven ada ölkənin hakim Demokratik Tərəqqi Partiyasının (DTP) yerli seçkilərdə məğlub olmasından sonra siyasi təşkilatın lideri vəzifəsindən istefa verib.
Digər ölkələr
27 Noyabr , 2022 09:40
Tayvanın rəhbəri seçkilərdə məğlubiyyətdən sonra hakim partiyanın lideri vəzifəsindən istefa verib

Tayvan administrasiyasının rəhbəri Say İnqven ada ölkənin hakim Demokratik Tərəqqi Partiyasının (DTP) yerli seçkilərdə məğlub olmasından sonra siyasi təşkilatın lideri vəzifəsindən istefa verib.

"Report"un xəbərinə görə, Say İnqven qərarını şənbə günü axşam seçkilərin nəticələri məlum olduqdan sonra açıqlayıb.

"Mən tam məsuliyyəti öz üzərimə götürməliyəm. Bu nəticələr onu göstərir ki, hələ də dərindən düşünməli olduğumuz çoxlu sahələr var", - o, tərəfdarları qarşısında çıxış edərkən deyib.

Xatırladaq ki, noyabrın 26-da Tayvan sakinləri şəhər merlərini, yerli orqanların rəhbərlərini, şəhər və digər yaşayış məntəqələrinin məclislərinin deputatlarını, kənd və qəsəbə hökumətlərinin başçılarını, mikrorayonların - Tayvanın 22 inzibati bölməsinin rəhbərlərini seçib. Onların bir sıra ən mühümlərinə, o cümlədən Tayvanın paytaxtı Taypeyin meri postuna müxalifətdə olan Homindan partiyasının namizədləri qalib gəlib.

DTP Tayvanın müstəqilliyinin qatı tərəfdarıdır. Adanın administrasiyası üçün növbəti seçkilər 2024-cü ildə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi