Tayvanın keçmiş rəhbəri Çinə səfər edəcək

Tayvanın keçmiş rəhbəri Çinə səfər edəcək Tayvan administrasiyasının keçmiş rəhbəri Ma İnszyu (2008-2016-cı illər) martın 27-dən aprelin 7-dək Çinin bir neçə şəhərinə səfər edəcək.
Digər ölkələr
20 Mart , 2023 05:38
Tayvanın keçmiş rəhbəri Çinə səfər edəcək

Tayvan administrasiyasının keçmiş rəhbəri Ma İnszyu (2008-2016-cı illər) martın 27-dən aprelin 7-dək Çinin bir neçə şəhərinə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “The China Times” məlumat yayıb.

Qeyd olunub ki, o, 1949-cu ildən bəri belə bir səfər edən ilk Tayvan administrasiyasının keçmiş rəhbəri olacaq.

Nəşrin məlumatına görə, siyasətçi Nankin, Uhan, Çanşa, Çonqsin və Şanxay şəhərlərinə səfər etməyi planlaşdırır. Valideynləri Çinin mərkəzi Hunan əyalətində yaşayan Ma İnszyu Siantan şəhərində (Hunan əyaləti) əcdadlarının xatirəsini yad etmək ritualını həyata keçirmək niyyətindədir.

Tayvan administrasiyasının keçmiş rəhbəri bir qrup tayvanlı tələbə ilə birlikdə Sinxay İnqilabı (1911-1912) və Yaponiyaya qarşı müqavimət müharibəsi (1931-1945) ilə əlaqəli bir neçə yerə baş çəkəcək.

Bundan əlavə, səfər zamanı tayvanlı tələbələrlə Çin universitetlərinin tələbələri arasında görüş təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi