Yuxarı
    Bağlamaq

    Tayvanda zəlzələ qurbanlarının sayı 40 nəfərə çatıb

    107 insan itkin düşmüş sayılır

    Bakı. 9 fevral. REPORT.AZ/ Tayvan adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. 107 insan itkin düşmüş sayılır.

    "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Tayvanın CNA informasiya agentliyi yayıb.

    ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) cümə günü Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi