​Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb

​Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb Təbii fəlakət nəticəsində 548 nəfər yaralanıb
Digər ölkələr
11 Fevral , 2016 07:40
​Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb

Bakı. 11 fevral. REPORT.AZ/ Son məlumatlara görə, Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bunadək 47 nəfərin öldüyü bildirilirdi. 55 nəfərdən 53-nün cəsədi Taynan şəhərində uçan 17 mərtəbəli yaşayış kompleksinin dağıntıları altından çıxarılıb. Təbii fəlakət nəticəsində 548 nəfər yaralanıb, onlardan 79 nəfəri hələ də, xəstəxanalardadır.

Hazırda 80-dən çox şəxsin axtarışları davam etdirilir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ (ilkin qiymətləndirməyə görə 6,7 bal) ötən cümə Tayvan adasının cənub hissəsində baş verib. Yeraltı təkanlar Yuytszin şəhərindən 25 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km. dərinliyində yerləşib.

Son xəbərlər

Orphus sistemi