Bakı. 19 fevral. REPORT.AZ/ 5-6 fevral tarixlərində Tayvanda baş verən zəlzələ qurbanlarının sayı 117 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu gün Tayvan şəhərində uçan yaşayış kompleksinin dağıntıları altından Lin Xanfey adlı qadının meyiti çıxarılıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ Tayvan adasının cənub hissəsində baş verib. Təbii fəlakətdən daha çox Tayvan şəhəri zərər çəkib.