Bakı. 8 fevral. REPORT.AZ/ Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 272 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
"Report" "Sinxua"ya istinadən xəbər verir ki, 7 nəfər itgin düşmüş hesab olunur.
Bundan əvvəl ölənlərin sayı 9 nəfər idi, 265 xəsarət alan var.
Fevralın 6-sı axşam adanın Hualyan qəzası sahillərində 6,5 maqnituda zəlzələ baş verib.