Tayvanda yanğın nəticəsində bir ailənin bütün üzvləri yanaraq ölüb

Tayvanda yanğın nəticəsində bir ailənin bütün üzvləri yanaraq ölüb Yanğın nəticəsində müəssisənin 58 yaşlı sahibi, onun həyat yoldaşı, iki yaşlı qız nəvəzi və 80 yaşlı anası ölüb
Digər ölkələr
22 Mart , 2017 10:43
Tayvanda yanğın nəticəsində bir ailənin bütün üzvləri yanaraq ölüb

Bakı. 22 mart. REPORT.AZ/ Tayvan adasında özəl müəssisələrin birində baş verən yanğın nəticəsində 4 nəfər, o cümlədən, iki yaşlı qız ölüb. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisə gecə saatlarında Taycun şəhərindəki müəssisədə qeydə alınıb. Həlak olanların hamısının qohum olduğu bildirilir. Yanğının baş verdiyi plastik emalı müəssisəsi ölən insanların yaşadığı eyni binada yerləşirmiş.

Yanğın nəticəsində müəssisənin 58 yaşlı sahibi, onun həyat yoldaşı, iki yaşlı qız nəvəsi və 80 yaşlı anası ölüb. 

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi