Tayvanda xilasetmə əməliyyatında 1,3 mindən çox mütəxəssis iştirak edir - FOTO

Tayvanda xilasetmə əməliyyatında 1,3 mindən çox mütəxəssis iştirak edir - FOTO Bakı. 7 fevral. REPORT.AZ/ Tayvanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 5-ə çatıb, daha 254 nəfər xəsarət alıb, 88 nəfərlə isə əlaqə yaratmaq olmur, onlar itkin düşmüş hesab olunur.
Digər ölkələr
7 Fevral , 2018 15:45
Tayvanda xilasetmə əməliyyatında 1,3 mindən çox mütəxəssis iştirak edir - FOTO
AP

Bakı. 7 fevral. REPORT.AZ/ Tayvanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 5-ə çatıb, daha 254 nəfər xəsarət alıb, 88 nəfərlə isə əlaqə yaratmaq olmur, onlar itkin düşmüş hesab olunur.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Tayvanın Yanğınsöndürmə İdarəsindən xilasetmə əməliyyatlarında 1,3 mindən çox mütəxəssisin, o cümlədən hərbçilərin, həkimlərin, xilasedicilərin, yanğınsöndürənlərin və polis əməkdaşlarının iştirak etdiyi bildirilib.

Hazırda xilasedicilər insanları tapmağa və onları qismən və ya tam çökmüş binaların altından çıxarmağa yardım etməyə çalışırlar.

Xatırladaq ki, dünən yerli vaxtla saat 23:50 (Bakı vaxtı ilə 19:50) radələrində adanın şimal-şərqindəki Hualyan qəzasında 6,5 bal gücündə güclü zəlzələ olub. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Bundan sonra Çinin Seysmologiya Mərkəzi 4,5 baldan çox gücə malik azı beş, 5,2 bal gücündə iki afterşok qeydə alıb.

Son xəbərlər

Orphus sistemi