Tayvanda məcburi eniş edən helikopterin 10 hərbçisi canlı tapılıb - YENİLƏNİB

Tayvanda məcburi eniş edən helikopterin 10 hərbçisi canlı tapılıb - YENİLƏNİB Tayvanda Black Hawk hərbi helikopterinin məcburi eniş etməsindən sonra 10 nəfər canlı tapılıb.
Digər ölkələr
2 Yanvar , 2020 08:07
Tayvanda məcburi eniş edən helikopterin 10 hərbçisi canlı tapılıb - YENİLƏNİB

Tayvanda "Black Hawk" hərbi helikopterinin məcburi eniş etməsindən sonra 10 nəfər canlı tapılıb.

"Report" RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Taiwan News" nəşri bildirib.

Qeyd edilir ki, daha 3 nəfərin axtarışı davam edir.

Nazirliyin nümayəndəsi mətbuat konfransının gedişatında bildirib ki, general Şen İmin də sağ tapılanlar arasındadır. Hadisə yerinə xilasedici əməliyyata nəzarət üçün müdafiə naziri Yan Defa da gedib.

Daha əvvəl ölkənin Milli Müdafiə Nazirliyinə istinadən Çin KİV-i bildirib ki, Tayvanın Müdаfiə Nаzirliyinin helikopteri ilə əlaqə itib. Helikopterin içində yüksək vəzifəli hərbi məmurlar, o cümlədən baş qərargah rəisi, general-polkovnik Şen İmin də olub. Helikopter yerli vaxtla saat təxminən 9.00-da İlan şəhərinə yaxın dağlıq ərazilərin birində məcburi eniş edib.


***07:09

Tayvanda göyərtəsində 13 yüksək vəzifəli hərbçinin olduğu helikopter təcili eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00) baş verib. Helikopterdə Tayvan ordusunun qərargah rəisi, general polkovnik Şen İmen də olub.

Helikopter İlan rayonu yaxınlığındakı dağlıq əraziyə təcili eniş edib. Hadisə yerinə xilasedicilər göndərilib. 

Son xəbərlər

Orphus sistemi