​Tayvanda həlak olan sərnişinlərin sayı 23-ə çatıb

​Tayvanda həlak olan sərnişinlərin sayı 23-ə çatıb Təyyarənin 15 sərnişini isə xilas edilib
Digər ölkələr
4 Fevral , 2015 16:44
​Tayvanda həlak olan sərnişinlərin sayı 23-ə çatıb

Bakı. 4 fevral. REPORT.AZ/ Tayvanın "Trans-Asia" Hava Yolarına aid "ATR72" tipli təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-ni ötüb.

"Report" "Taiwan News"a istinadən xəbər verir ki, Tayvanın paytaxtı Taybey şəhəri yaxınlığındakı çaya düşən təyyarənin azı 23 sərnişini həlak olub.

Onların axtarışları davam etdirilir. Təyyarənin 15 sərnişini isə xilas edilib. Onlar müxtəlif xəsarətlər alıb.

Xatırladaq ki, təyyarədə 53 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarə ölkə paytaxtından Tayvan boğazının qərbindəki Tszinmen adasına uçuş həyata keçirirdi.

Son xəbərlər

Orphus sistemi