Bakı. 21 senyabr. REPORT.AZ/ Tayvanın Sinbey şəhərində baş vermiş atışma zamanı 1 nəfər öldürülüb, daha 5 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə təntənəli mərasimin keçirildiyi məbəddə baş verib. Məbədə gözlənilmədən daxil olan silahlı şəxs 6 nəfəri güllələyib.
Yaralananlardan 2-nin vəziyyəti ağırdır. Onlardan biri sonradan ölüb.
Polisin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Çen silahı ilə birlikdə hüquq-mühafizə orqanlarına könüllü təslim olub.