Yuxarı
    Bağlamaq

    Tayvanda 6 bal gücündə zəlzələ olub

    Hələlik tələfat və ya dağıntı barəsində məlumat yoxdur

    Bakı. 30 aprel. REPORT.AZ/ Tayvanın cənub-şərqində 6 bal gücündə zəlzələ olub.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteoroloji Bürosu məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də, Taydun rayonundan 163,7 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 96 kilometr dərinlikdə yerləşib.

    Hələlik tələfat və ya dağıntı barəsində məlumat yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi