Tayvan sərhədçiləri Çin gəmisinə atəş açıblar, yaralananlar var

Tayvan sərhədçiləri Çin gəmisinə atəş açıblar, yaralananlar var İnsidentə heyət üzvlərinin gəmini saxlamaqdan imtina etmələri səbəb olub
Digər ölkələr
6 May , 2017 07:57
Tayvan sərhədçiləri Çin gəmisinə atəş açıblar, yaralananlar var

Bakı. 6 may. REPORT.AZ/ Tayvanın Sahil Mühafizə Xidmətinin əməkdaşları Çinin Quandun əyalətindən olan balıqçı gəmisinə atəş açıblar. Nəticədə iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sina" informasiya agentliyi məlumat yayıb.

İnsidentə heyət üzvlərinin təftiş üçün gəmini saxlamaqdan imtina etmələri səbəb olub. Sonda patrul gəmisi odlu silah tətbiq edib. Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi