Tayvanın Silahlı Qüvvələri gün ərzində adaya Çin Xalq Azadlıq Ordusunun 41 uçuş aparatının və 6 gəmisinin yaxınlaşdığını qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, 32 uçuş aparatı Tayvan boğazının orta xəttini keçib, adanın şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə zonasına daxil olub. Tayvan Ordusu cavab olaraq hədəfləri izləmək üçün aviasiyanı, gəmiləri və yerüstü zenit raket sistemlərini işə salıb.