Tayvan sahillərində vertolyot qəzaya uğrayıb, 6 nəfər itkin düşüb

Tayvan sahillərində vertolyot qəzaya uğrayıb, 6 nəfər itkin düşüb Vertolyot tibbi yardım göstərmək və tibbi təxliyyə həyata keçirmək üçün havaya qalxıb
Digər ölkələr
6 Fevral , 2018 06:58
Tayvan sahillərində vertolyot qəzaya uğrayıb, 6 nəfər itkin düşüb

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvan sahillərində "UH-60M Black Hawk" ("Qara qırğı") tipli vertolyotun qəzaya uğraması nəticəsində 6 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Vertolyot tibbi yardım göstərmək və tibbi təxliyyə həyata keçirmək üçün havaya qalxıb. Onun göyərtəsində iki pilot, bir mexanik, bir tibb işçisi və bir nəfərin müşayiət etdiyi xəstə olub.

Son xəbərlər

Orphus sistemi