Tayvanın Silahlı Qüvvələri adaya Çin Xalq Azadlıq Ordusunun yeddi təyyarə və beş gəmisinin yaxınlaşdığını qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə Tayvanın hərbi idarəsi “X”də məlumat yayıb.
"Bu gün saat 06:00-ya yaxın Tayvan ətrafında Çin Xalq Azadlıq Ordusunun yeddi təyyarəsi və Hərbi Dəniz Donanmasının beş gəmisi aşkarlanıb. Təyyarələrdən biri orta xətti keçərək Tayvanın şimal Hava Hücumundan Müdafiə zonasına daxil oldu", - məlumatda bildirilir.
"Vəziyyəti izlədik və buna uyğun reaksiya verdik", - Tayvanın Silahlı Qüvvələri qeyd edib.