Tayms meydanı ilk dəfə Yeni il ərəfəsində bağlı olacaq

Tayms meydanı ilk dəfə Yeni il ərəfəsində bağlı olacaq Şəhər sakinləri və qonaqlara 31 dekabr axşamı meydanda toplanmağa icazə verilməyəcək.
Digər ölkələr
16 Dekabr , 2020 16:53
Tayms meydanı ilk dəfə Yeni il ərəfəsində bağlı olacaq
0 : 00
0 : 00

Bu il Nyu Yorkun Tayms meydanında Yeni il şənliyi koronavirus pandemiyası səbəbindən virtual rejimdə keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “The Hill” məlumat verib.

Şəhər sakinləri və qonaqlara 31 dekabr axşamı meydanda toplanmağa icazə verilməyəcək. Mərasimə canlı tele və internet yayımla baxmaq mümkün olacaq.

Bununla da 114 il ərzində ilk dəfə Nyu York Yeni ili göydələnlərdən birinin damından xrustal şarın aşağıya doğru hərəkətini izləmək məqsədilə Tayms meydanına toplaşan çoxminlik kütlə olmadan qarşılayacaq.

Son xəbərlər

Orphus sistemi