Taylandda silsilə partlayışlar törədən iki yaraqlı əldəqayırma bombanın partlaması nəticəsində ölüb

Taylandda silsilə partlayışlar törədən iki yaraqlı əldəqayırma bombanın partlaması nəticəsində ölüb Ölkənin Narativat, Pattani və Sonqkla əyalətlərində 18 partlayış törədilib
Digər ölkələr
20 Aprel , 2017 10:20
Taylandda silsilə partlayışlar törədən iki yaraqlı əldəqayırma bombanın partlaması nəticəsində ölüb

Bakı. 20 aprel. REPORT.AZ/ Taylandın cənubunda polis postları və hərbi hissələrə 18 hücum təşkil edən və partlayışlar törədən iki separatçı yaraqlı əldəqayırma bombanın partlaması nəticəsində ölüb. 

"Report” Tayland mediasına istinadən xəbər verir ki, onların hücumlarının birinin qarşısını alan zaman 2 polis əməkdaşı yaralanıb.

Hər iki yaraqlı Sonqkla əyalətindəki hərbi hissəyə yaxınlaşarkən motosikletdə quraşdırılmış əldəqayırma bombanın partlaması nəticəsində hadisə yerində ölüb.

İki polis isə Narativat əyalətində yaraqlıların hücumu nəticəsində qumbara partlaması zamanı yaralanıb.

Qeyd edək ki, aprelin 19-da Taylandın cənubunda yerləşən Narativat, Pattani və Sonqkla əyalətlərində polis şöbələri, postları və hərbi hissələrə qarşı 18 partlayış törədilib və avtomatik silahdan atəş açılıb. 

Son xəbərlər

Orphus sistemi