Yuxarı
    Bağlamaq

    Taylandda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər yaralanıb

    Xəsarət alanlar arasında əcnəbi vətəndaşlar da var

    Bakı. 28 mart. REPORT.AZ/ Taylandın mərkəzi hissəsində yerləşən Ayutthaya əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

    Hüquq-mühafizə orqanlarının verdiyi informasiyaya görə, paytaxt Banqkokdan şimalda yerləşən Çianqmay şəhərinə gedən reys avtobusu sürücünün idarəetməni itirməsindən sonra yoldan çıxaraq avtobus dayanacağına çırpılıb. Məlumata görə, qəza güclü yağış zamanı baş verib.

    40 sərnişinə tibbi yardım lazım gəlib. Onların əksəriyyəti Tayland vətəndaşıdır. Ancaq polisin verdiyi məlumata görə, xəsarət alanlar arasında əcnəbi vətəndaşlar da var. Onların vətəndaşlığı dəqiq göstərilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi