Tailand parlamenti vəliəhdi kral taxtına çıxmağa rəsmən dəvət edib

Tailand parlamenti vəliəhdi kral taxtına çıxmağa rəsmən dəvət edib Deputatlar ayağa qalxaraq bir ağızdan "Yaşasın kral!" deyə qışqırıb
Digər ölkələr
29 Noyabr , 2016 09:49
Tailand parlamenti vəliəhdi kral taxtına çıxmağa rəsmən dəvət edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Tailand parlamenti vəliəhd Maha Vatçiralonqkon Mahidolu kral taxtına çıxmağa rəsmən dəvət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, parlamentin iclası "Thai PBS" dövlət telekanalı vasitəsilə canlı yayımlanıb.

Parlamentin sədri vəliəhdin dəvət edilməsinin qaydasını söylədikdən sonra bütün deputatlara ayağa qalxaraq taxtın yeni sahibini alqışlamağı təklif edib. Deputatlar ayağa qalxaraq bir ağızdan "Yaşasın kral!" deyə qışqırıb.

Xatırladaq ki, Tailandın kralı Phumipon Adulyadet oktyabr ayının 13-də 89 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 9 iyun 1946-cı ildən taxtın sahibi olub və bu uzunmüddətli idarəçilik baxımından dünya rekordçusu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi