Tailand turizm obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb

Tailand turizm obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb Huahin kurort şəhərinə gedən yollar bağlanıb
Digər ölkələr
12 Avqust , 2016 11:53
Tailand turizm obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb

Bakı. 12 avqust. REPORT.AZ/ Tailand hökuməti böyük şəhərlərdə, insanların sıx toplaşdığı yerlərdə, hotellərdə və turizm obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə təcili addımlar atır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ardıcıl iki partlayışın törədildiyi, iki nəfərin öldüyü, 28 nəfərin isə yaralandığı Huahin kurort şəhərinə gedən yollar bağlanıb.

Şəhərdə partlamamış qurğuların axtarışı üzrə genişmiqyaslı əməliyyat aparılır.

Qeyd edək ki, Tailandda milli bayram olan Ana günündə - kral Bhumibol Adulyadeyın həyat yoldaşı, kraliça Sirikitin doğum günüdə bir neçə partlayış və yanğın törədilib.

Son xəbərlər

Orphus sistemi