Tanzaniyada zəlzələ qurbanlarının sayı 16 nəfərə çatıb

Tanzaniyada zəlzələ qurbanlarının sayı 16 nəfərə çatıb Təbii fəlakət nəticəsində 253 nəfər yaralanıb
Digər ölkələr
11 Sentyabr , 2016 23:27
Tanzaniyada zəlzələ qurbanlarının sayı 16 nəfərə çatıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Şənbə günü Tanzaniyanın şimalında baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində ən azı 16 nəfər həyatını itirib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 253 nəfərə çatıb.

Bundan əvvəl ölənlərin 13, yaralıların 200 nəfər olduğu bildirilirdi.

Polisin məlumatına görə, xilasetmə əməliyyatları davam etdirilir.

Zəlzələ Afrika ölkəsinin şimal hissəsində, bilavasitə Viktoriya gölü yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi