Tanzaniyada yol qəzası nəticəsində 14 nəfər ölüb

Tanzaniyada yol qəzası nəticəsində 14 nəfər ölüb Tanzaniyada minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində 6-sı jurnalist olmaqla azı 14 nəfər ölüb.
Digər ölkələr
11 Yanvar , 2022 17:29
Tanzaniyada yol qəzası nəticəsində 14 nəfər ölüb

Tanzaniyada minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində 6-sı jurnalist olmaqla azı 14 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Buseqa dairəsinin polis bölməsinin başçısı Qabriel Zakaria məlumat verib.

Onun sözlərinə görə, mikroavtobusdakı jurnalistlər Simiya vilayəti ilə tanışlıq səyahəti edirmiş. Hadisə yerində 11 nəfər, 3 nəfər isə hospitalda ölüb.

Tanzaniya Prezidenti Samiya Suluhu Hasan 14 nəfərin ölümü ilə əlaqədar tviter səhifəsində başsağlığı verib.

Qəzanın səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi