Tanzaniyada qızıl mədəni uçub, 14 nəfər uçqun altında qalıb

Tanzaniyada qızıl mədəni uçub, 14 nəfər uçqun altında qalıb Şaxta 38 metr dərinlikdə yerləşir
Digər ölkələr
27 Yanvar , 2017 17:09
Tanzaniyada qızıl mədəni uçub, 14 nəfər uçqun altında qalıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Tanzaniyanın şimal-qərbində, Qeit bölgəsində qızıl mədəninin uçması nəticəsində 14 şaxtaçı uçqun altında qalıb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, onların 13-ü Tanzaniya, biri isə Çin vətəndaşıdır.

İnformasiyaya əsasən, şaxta 38 metr dərinlikdə yerləşir. Xilasetmə işlərinin aparılmasında vaxt udmaq üçün artıq şaxtaya oksigen ötürülməsinə nail olunub.

Şaxta Çin-Tanzaniya birgə şirkəti tərəfindən istismar edilir. Çin şirkətinin təmsilçisinin məlumatına görə, şaxta 15 metr dərinliyinədək qazılsa da orada şaxtaçılara rast gəlinməyib. 

Son xəbərlər

Orphus sistemi