Tanzaniyada baş verən qəzada 40-dan çox insan yaralanıb - VİDEO

Tanzaniyada baş verən qəzada 40-dan çox insan yaralanıb - VİDEO Tanzaniyanın cənubunda yerləşən Mbeya bölgəsində iki avtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Digər ölkələr
10 Noyabr , 2019 20:25
Tanzaniyada baş verən qəzada 40-dan çox insan yaralanıb - VİDEO

Tanzaniyanın cənubunda yerləşən Mbeya bölgəsində iki avtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 40-dan çox insan yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tanzaniyanın İTV telekanalı məlumat yayıb.

Belə ki, “İasi” şirkətinə məxsus sərnişin avtobusu İgava ərazisində “Mbeya Express” şirkətinə məxsus sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Hər iki avtobus Tanzaniyanın Dar əs Salam şəhərindən Mbeya şəhərinə doğru hərəkət edirmiş. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi