Tanınmış yaponiyalı həkim Əfqanıstanın şərqində yaralanıb

Tanınmış yaponiyalı həkim Əfqanıstanın şərqində yaralanıb Tanınmış yaponiyalı həkim və Pişəvər cəmiyyəti qeyri-hökumət təşkilatının rəhbəri Tetsu Nakamura Əfqanıstanın şərqində silahlı hücuma məruz qalıb.
Digər ölkələr
4 Dekabr , 2019 12:12
Tanınmış yaponiyalı həkim Əfqanıstanın şərqində yaralanıb

Tanınmış yaponiyalı həkim və "Pişəvər cəmiyyəti" qeyri-hökumət təşkilatının rəhbəri Tetsu Nakamura Əfqanıstanın şərqində silahlı hücuma məruz qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, onun avtomobili Nəngərhar vilayətində pusquya salınıb.

T.Nakamura xəstəxanaya aparılıb. Məlumatlara görə, 73 yaşlı həkimin yanındakı 5 yoldaşı öldürülüb.

Qeyd olunur ki, Yaponiyanın Fukuoka şəhərindən olan həkim illərdir Əfqanıstanda xeyriyyə və tibbi fəaliyyətlə məşğul olur. 2000-ci ildə Əfqanıstanda baş verən quraqlıq zamanı o, ən çox ziyan görən ərazilərdə suvarma sistemlərinin qurulması üçün vəsait toplamışdı.

Əfqanıstan hökuməti 2018-ci ildə T.Nakamuranı orden ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi