Tanınmış azərbaycanlı Ukraynada döyüşlərdə həlak olub

Tanınmış azərbaycanlı Ukraynada döyüşlərdə həlak olub Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov şəhid olub
Digər ölkələr
18 İyul , 2022 12:45
Tanınmış azərbaycanlı Ukraynada döyüşlərdə həlak olub

Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov şəhid olub.

“Report” xəbər verir ki, məlumatı onun feysbuk səhifəsində dostları paylaşıb.

Məlumata görə, 35 yaşlı azərbaycanlı Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. Ötən gün o, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.

Bildirilib ki, K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.

Dostları onunla bağlı rəylərində belə yazıb: “Təəssüf, Ukrayna əsl müdafiəçisini itirdi. Sən mübariz, dürüst və örnək idin”.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.

Son xəbərlər

Orphus sistemi