“Taliblər” Pəncşirə cənubdan daxil olmağa cəhd edirlər

“Taliblər” Pəncşirə cənubdan daxil olmağa cəhd edirlər Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı onların nəzarəti altında olmayan Pəncir əyalətinə cənubdan daxil olmağa cəhd göstərir.
Digər ölkələr
2 Sentyabr , 2021 21:25
 “Taliblər” Pəncşirə cənubdan daxil olmağa cəhd edirlər

Əfqanıstanda ötən ayın ortalarında hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı onların nəzarəti altında olmayan Pəncşir əyalətinə cənubdan daxil olmağa cəhd göstərir.

“Report” xəbər verir ki, bu barədə TASS-a milli müqavimət hərəkatındakı mənbə bildirib.

“Taliblər” Pəncşirə qərb sərhədlərindən daxil olmağa müvəffəq olmadıqda regiona cənub hissədən, Gülbahar rayonundan daxil olmağa cəhd göstərirlər”, - mənbə agentliyə deyib. Onun sözlərinə görə, “taliblər” ağır silahlardan və hərbi texnikadan istifadə ediblər.

Qətərin “Al Jazeera” telekanalı ötən həftənin əvvəlində uğursuz danışıqlardan sonra “taliblər”in Pəncşiri ələ keçirmək üçün hərbi əməliyyata başladığını xəbər verib.

Son xəbərlər

Orphus sistemi