Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün əfqan talibləri ölkənin şimalındakı Künduz əyalətində reys avtobusunu saxladaraq, 30 sərnişini qaçırıb.
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
Avtobus Əfqanıstanın Bədəxşan vilayətindən Kabilə gedirdi.
Ötən həftə taliblər ölkənin yollarından 200-ə yaxın insan qaçırıb. Onlardan 10 nəfəri hadisə yerində öldürülüb, iki nəfərin isə sonradan başı kəsilib. Qaçırılanların əksəriyyəti azad olunub, lakin səkkiz nəfər hələ də girov tutulub.