“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək

“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı bir həftə ərzində hökumətin yeni heyətini elan edəcək.
Digər ölkələr
28 Avqust , 2021 20:42
“Taliban” bir həftə ərzində yeni hökumətin heyətini elan edəcək

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatı bir həftə ərzində hökumətin yeni heyətini elan edəcək.

“Report”un “Reuters"ə istinadən məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi bildirib.

“Taliblər” artıq Əfqanıstanın 34 əyalətindən 33-ə qubernatorları və polis rəislərini təyin ediblər. Hərəkatın nümayəndəsi yeni hökumətin heyətində qadın üzvün təmsil olunub-olunmayacağı barədə suala cavabında bildirib ki, bu barədə qərar hərəkatın rəhbərləri tərəfindən qəbul ediləcək.

"Taliban" hərəkatının nümayəndəsi Zabihulla Mücahid avqustun 22-də bildirib ki, tezliklə Əfqanıstanın yeni hökuməti elan edilə bilər.

Son xəbərlər

Orphus sistemi