Yuxarı

​Talibana qarşı hava zərbələri nəticəsində Əfqanıstanda 27 yaraqlı məhv edilib

Hökumət qüvvələri Taliban yaraqlılarına havadan zərbələr endirib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda hökumət qüvvələri tərəfindən həyata keçirilən hava hücumları nəticəsində Taliban radikal qruplaşmasının ən azı 27 yaraqlısı öldürülüb, 16 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis rəisi Abdul Qayum Barak bildirib.

Avia zərbələr Helmand vilayətinin Gereşk rayonuna endirilib.

"Kəşfiyyat məlumatlarına əsasən çərşənbə axşamı hökumət qüvvələri Gereşk rayonunda gizli fəaliyyət göstərən yaraqlılara qarşı hava reydləri həyata keçirib. Bunun nəticəsində 27 silahlı radikal qruplaşma üzvü zərərsizləşdirilib, 16 nəfər isə yaralanıb", - Barak bildirib. Polis rəisi qeyd edib ki, mülki əhali və ya hərbçilər arasında itki yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi