“Taliban”: “Yeni hökumət müvəqqəti ola bilər”

“Taliban”: “Yeni hökumət müvəqqəti ola bilər” Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması qurulacaq yeni hökumətin müvəqqəti ola biləcəyini elan edib.
Digər ölkələr
6 Sentyabr , 2021 20:00
“Taliban”: “Yeni hökumət müvəqqəti ola bilər”

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması qurulacaq yeni hökumətin müvəqqəti ola biləcəyini elan edib.

“Report” xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Yekun qərar verilib. Texniki məsələlər həll olunan kimi yeni hökuməti elan edəcəyik. Yeni hökumət müvəqqəti ola bilər. Ölkənin və xalqın problemlərinə cavab verəcək islami konstitusiya olacaq”, - o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, Pəncşir əhalisi Əfqanıstanın digər vətəndaşları ilə bərabər hüquqlara malikdir:

“Pəncşirlilər hər hansı ayrı-seçkiliyə məruz qalmayacaqlar. Orada həyat normallaşıb”.

Son xəbərlər

Orphus sistemi