Yuxarı

​"Taliban" Tacikistanın 4 sərhədçisini oğurlayıb

Ölkənin təhlükəsizlik qurumu məsələni şərh etməkdən imtina edib

Bakı. 22 dekabr. REPORT.AZ/ "Taliban" yaraqlıları Tacikistan-Əfqanıstan sərhədində, Qunduz əyalətində Tacikistan Sərhəd Xidmətinin 4 hərbçisini oğurlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) sərhədçilərin azad edilməsi ilə bağlı əməliyyatlar keçirir.

Hərbçilər Əfqanıstanın İmam-Sahib qəsəbəsində ağac doğrayarkən oğurlanıb.

Əfqanıstan polisi bildirib ki, "Taliban" hərəkatı hərbçiləri Tacikistan həbsxanalarındakı öz tərəfdarları ilə dəyişmək istəyir.

DTK sərhədçilərinin Əfqanıstan ərazisinə keçməsini şərh etməkdən imtina edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi